Rafael Ağayev finalda | 1news.az | Xəbərlər
İdman

Rafael Ağayev finalda

13:31 - 13 / 05 / 2017
Rafael Ağayev finalda

Azərbaycanın ən titullu karateçisi Rafael Ağayev IV İslam Həmrəyliyi Oyunlarında 1/4 finala yüksəlib.

1news.az-ın  məlumatına görə, 1/8 finalda (75 kq) türkiyəli idmançı Erman Eltemurla qarşılaşan karateçimiz rəqibinə aman verməyib - 3:0.

75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/4 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Sultan əl-Zəhrani ilə üz-üzə gəlib.

Gərgin keçən döyüşdə 5 qat dünya çempionu R.Ağayev qələbə qazana bilib - 7:2.

Yarımfinalda malayziyalı karateçi ilə qarşılaşan təmsilçimiz Şarmendran Raqonafanı tam üstünlüklə məğlub edib - 5:0.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

1news.az

 

 

 

 

Paylaş:
1401

Son xəbərlər

Bütün xəbərlər