Avtobus qəzası:23 nəfər həlak oldu | 1news.az | Xəbərlər
Dünya

Avtobus qəzası:23 nəfər həlak oldu

16:51 - 13 / 05 / 2017
Avtobus qəzası:23 nəfər həlak oldu

Türkiyədə turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində həlak olanların sayı 23-ə çatıb.

1news.az-ın məlumatına görə, daha 11 nəfər xəsarət alıb.

Hadisə Muğla vilayətində Marmaris kurort zonasında baş verib.

Daha əvvəl 17 nəfər həlak olduğu, 13 nəfərin yaralandığı bildirilirdi.

İlkin məlumata görə, qəza avtobusun əyləc sistemindəki problemə görə baş verib.

Hadisə yerinə çoxlu sayda xilasedici və tibb xidməti cəlb edilib.

1news.az

Paylaş:
707

Son xəbərlər

Bütün xəbərlər