Le Pen "Milli Cəbhə"nin sədri vəzifəsinə qayıtdı | 1news.az | Xəbərlər
Dünya

Le Pen "Milli Cəbhə"nin sədri vəzifəsinə qayıtdı

15:55 - 15 / 05 / 2017
Le Pen "Milli Cəbhə"nin sədri vəzifəsinə qayıtdı

Fransanın "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen prezident seçkilərində iştirakı ilə bağlı müvəqqəti ayrılmasından sonra yenidən partiyadakı işinə dönüb.

1news.az TASS-a istinadla xəbər verir ki, bunu partiyanın sədri vəzifəsini icra etmiş  deputat Stev Briua deyib: 

“Le Penin mənə göstərdiyi etimada görə qürur duyuram. Bu gün o, partiyanın sədri vəzifəsinə qayıdır”.

Qeyd edək ki, Marin Le Pen prezident seçkilərinin ikinci turunda 33,9 faiz səs toplayaraq rəqibi Emmanaul Makrona uduzub. İndi  onun partiyası parlament seçkilərinə hazırlaşır. 

Pərvanə Sultanova

 

 

Paylaş:
541

Son xəbərlər

Bütün xəbərlər