Birinci xanım geyimini kirayə götürdü | 1news.az | Xəbərlər
Dünya

Birinci xanım geyimini kirayə götürdü

11:15 - 15 / 05 / 2017
Birinci xanım geyimini kirayə götürdü

Fransanın yeni prezidenti Emmanuel Makronun andiçmə mərasiminə geyindiyi kostyumun qiyməti 450-500 avro dəyərindədir.

1news.az  “Hurriyet”ə  istinadla xəbər verir ki, bunu  prezident özü bildirib. Qeyd edilən qiymət isə Fransa ölçülərinə görə bahalı hesab olunmur.

Onun həyat yoldaşı  Bricit geyindiyi mavi rəngli kostyumu isə tanınmış bir moda evindən kirayə götürüb.

Mətbuatın yazdığına görə, Makron indiyə kimi qarşılaşdığı tənqidlərə cavab vermək üçün mərasimdə özünün və birinci xanımın geydiyi paltarlarla  bağlı açıqlama verib.

Qeyd edək ki, Makron bank işçisi olan Fransua Ollandın  kabinetində məsləhətçi, daha sonra nazir olub. O, həddindən artıq sağçı olan çevrələr tərəfindən 'Ollandın  ərköyün uşağı' deyə tənqid edilirdi.

Birinci xanım isə daha çox həyat yoldaşından 24 yaş böyük olması ilə gündəmdədir. Xatırladaq ki, prezident Makronun 39, Bricitin isə 63 yaşı var. 

Pərvanə Sultanova

 

 

 

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər