Ərdoğan Vaşinqtona gəlib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Vaşinqtona gəlib

09:22 - 16 / 05 / 2017
Ərdoğan Vaşinqtona gəlib

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın paytaxtı vaşinqtona gəlib.

1news.az “Anadolu”agentliyinə istinadla xəbər verir ki, paytaxtı Vaşinqtonda Ərdoğanı  ABŞ Protokol xidmətinin nümayəndəsi Rosemerie Pauli, Türkiyənin ABŞ-dakı səfiri Serdar Kılıç qarşılayıb.

Prezidenti səfərdə xanımı Əminə Ərdoğan, ədliyyə naziri Bəkir Bozdağ, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, milli müdafiə naziri Fikri İşıq müşayət edir. 

Ərdoğanın Prezident Donald Trampla təkbətək görüşü nəzərdə tutulub.

Pərvanə Sultanova

Paylaş:
650

Son xəbərlər

Bütün xəbərlər