Ərdoğan Trampı ailəsilə birgə Ankaraya dəvət edib | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan Trampı ailəsilə birgə Ankaraya dəvət edib

09:36 - 17 / 05 / 2017
Ərdoğan Trampı ailəsilə birgə Ankaraya dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampı ailəsilə birgə Türkiyəyə dəvət edib.

1news.az-ın TASS-a istinadla verdiyi xəbərə görə, bu haqda türk lider Ağ Evdə keçirilən mətbuat konfransı zamanı bəyan edib:

“Trampa mehriban qarşılamasına görə təşəkkür etmək istərdim. Səbirsizliklə onu ailəsilə birgə Türkiyəyə səfər etməsini gözləyirəm”.

İki dövlət başçısının görüşü zamanı Tramp bəyan edib ki, Türkiyəni İŞİD və PKK-ya qarşı mübarizədə dəstəkləyir:

“Bu təhlükə ilə birgə mübarizə aparmağa çalışırıq”.

S.Xankişiyeva

Paylaş:
691

Son xəbərlər

Bütün xəbərlər