Hikmət Hacıyev: Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində yaşayıblar | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində yaşayıblar

11:52 - 17 / 05 / 2017
Hikmət Hacıyev: Əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində yaşayıblar

Soros fondu tərəfindən maliyyələşdirilən eurasianet.org portalında 15 may tarixində Joşua Kuçeranın müəllifi olduğu “İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə” adlı məqalə dərc edilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib.

Bununla bağlı XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 17 may tarixində eurasianet.org–da cavab məqaləsi ilə çıxış edib.

Cavab məqaləsində XİN rəsmisi Joşua Küçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.

H.Hacıyev bildirib ki, əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.

Müəllifin Azərbaycanda məscidlərin dağıdılması ilə əlaqədar iddiasına cavab olaraq H.Hacıyev Sovet İttifaqı zamanı ölkəmizdə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Azərbaycana səfəri zamanı ölkəmizi dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib.

Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XİX əsrin sonu XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və yazıçılarının əsərlərini oxumaq lazımdır. 

Radikalizm və ekstremizin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan H.Hacıyev bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub.

XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Çox qısa zaman kəsiyində Azərbaycanın Avropa Oyunları və onun ardınca İslam Oyunlarına ev sahibliyi etməsinin rəmzi məna da daşıdığını yazan XİN rəsmisi bunun Azərbaycanın sivilizasiyalar və dinlərin dialoq mərkəzinə çevrilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.

H.Hacıyev cavab məqaləsini bu sözlərlə bitirib: “Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəylik Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr duydum”.

Məqalənin tam mətni bu keçiddən əldə edilə bilər: http://www.eurasianet.org/node/83616

S.Xankişiyeva

Paylaş:
915

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər