Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşma - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşma - VİDEO

12:44 - 17 / 05 / 2017
Vaşinqtonda Ərdoğanın tərəfdarları və əleyhdarları arasında toqquşma - VİDEO

Vaşinqtonda Türkiyə prezidenti Rəcəb Tayyib  Ərdoğanın tərəfdarları və əleyhdarları arasında qarşıdurma olub.

1news.az xəbər verir ki, hadisə Türkiyənin ABŞ-dakı səfirliyinin binası yaxınlığında baş verib.

Onlar Ərdoğanın əleyhinə şüarlar səsləndiriblər. Qarşıdurma səbəbindən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılıb. Əraziyə polis qüvvələri cəlb edilib.

Hadisə nəticəsində ikisi ağır olmaqla doqquz nəfər yaralanıb və onlar xəstəxanaya çatdırılıb.

Toqquşmanın baş vermə səbəbləri araşdırılır.  

Qeyd edək ki, Ərdoğan ABŞ-da səfərdədir, dünən o, prezident Donald Trampla görüşüb.

 Pərvanə Sultanova

Paylaş:
878

Son xəbərlər

Bütün xəbərlər