Yunker: "Avropa İttifaqı terrorizmə cavab zərbəsi endirəcək" | 1news.az | Xəbərlər
Dünya

Yunker: "Avropa İttifaqı terrorizmə cavab zərbəsi endirəcək"

13:17 - 23 / 05 / 2017
Yunker: "Avropa İttifaqı terrorizmə cavab zərbəsi endirəcək"

Avropa İttifaqı Mançesterdə törədilmiş terror aktı ilə əlaqədar başsağlığı verir. Biz  Böyük Britaniya ilə birgə terrorizmə cavab zərbəsi vurmaq niyyətini bəyan edir. 

1news.az RİA Novosti-tə istinadla xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Jan-Klod Yunker deyib.

"Mən baş nazir Tereza Meyə və Britaniya xalqına dərin hüznlə başsağlığı verirəm. Biz bu gün sizinlə bir yerdəyik. Sabah isə bizim həyatımızı məhv etməyə çalışanlara qarşı cavab zərbəsi vurmaq üçün yan-yana olacağıq”, Yunker əlavə edib.

O deyib ki, belə xain hücumlar yalnız birgə işləməyə hazır olduğumuzu dair öhdəliyimizi daha da gücləndirir.

Qeyd edək ki, amerikalı müğənni Ariana Qrandenin konserti zamanı "Mançester Arena"da törədilmiş terror aktında 22 nəfər həlak olub, 50 nəfər yaralanıb.

Pərvanə Sultanova

 

Paylaş:
666

Son xəbərlər

Bütün xəbərlər