Bir sıra ölkələrin liderləri Azərbaycan Prezidentini təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

Bir sıra ölkələrin liderləri Azərbaycan Prezidentini təbrik ediblər

18:32 - 24 / 05 / 2017
Bir sıra ölkələrin liderləri Azərbaycan Prezidentini təbrik ediblər

Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Milli bayramınız - Respublika Günü münasibətilə Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu ifadə edirəm. Pakistan Azərbaycan ilə ortaq etiqada əsaslanan münasibətlərə yüksək qiymət verir. Ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlıq hökumətlərimiz və xalqlarımız arasında möhkəm əlaqələrin təzahürüdür. Səmimi qəlbdən ümid edirəm ki, ikitərəfli münasibətlərimiz qardaş ölkələrimizin mənafeyi naminə daha da güclənəcək. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bundan əlavə, Azərbaycan Prezidenti  İlham Əliyevi 28 May - Respublika Günü münasibəti ilə Bolqarıstan prezidenti Rumen Radev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İtaliya prezidenti Sergio Mattarella, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Hindistan prezidenti Pranab Mukherci və Qırğızıstan prezidenti Almazbek Atambayev təbrik ediblər.

S.Xankişiyeva

Paylaş:
760

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər