“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir | 1news.az | Xəbərlər
Siyasət

“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir

19:47 - 24 / 05 / 2017
“Huffington Post” qəzeti: Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir

Amerika Birləşmiş Ştatlarının “Huffington Post” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun “Azərbaycan idman və mədəniyyət vasitəsilə qarşılıqlı anlaşmanı təşviq edir” sərlövhəli məqalə dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müəllif bütün dünyanın diqqətinin Prezident Donald Trampın Səudiyyə Ərəbistanında müsəlman ölkələrinin liderlərinə müraciətinə yönəldiyi bir vaxtda digər müsəlman ölkəsində böyük beynəlxalq tədbirin keçirildiyini diqqətə çatdırır.

Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikası bu ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. Son vaxtlar müxtəlif idman və mədəniyyət tədbirlərini keçirən Bakı bu dəfə də IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində baxımlı və heyranedici şou təşkil etdi.

Müəllif IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan idmançılarının yarışlarda qazandıqları medallar haqqında məlumat verir.

Səfir Bakıda keçirilmiş birinci Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat komitələrinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyini vurğulayaraq, məhz onun rəhbərliyi sayəsində bu tədbirlərin böyük uğurla keçdiyini bildirir.

Məqalədə Azərbaycanın mədəniyyətlərarası dialoqun təşviqinə xüsusi önəm verdiyi, fərqli mədəniyyətlərin nümayəndələrini bir araya gətirdiyi diqqətə çatdırılır. E.Süleymanov yazır ki, ABŞ-ın dözümsüzlüyün yayılmasının qarşısının alınması üçün konkret addımların atılması məqsədilə müsəlman dostlarına müraciət etməsindən əvvəl Azərbaycan fikir ayrılıqlarının aradan qaldırılması və bərabərliyin təşviq olunması yolunda ciddi cəhdlə çalışıb.

S.Xankişiyeva

Paylaş:
620

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər