“Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb – FOTO

15:02 - 08 / 06 / 2017
“Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb – FOTO

İyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, festivalın açılış günündə - iyulun 27-də Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATIK, “Vremya i Steklo”, EMIN, Yeqor Krid, MOT və başqaları səhnəyə çıxacaqlar.

İyulun 28-də Sofiya Rotarunun anadan olmasının 70 illiyi şərəfinə yubileyi konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMIN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqalarının Sofiya Rotarunun ən yaxşı mahnılarının müasir tərzdə ifa edəcəklər.

İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi olacaq. Primadonnanın sevimli hitləri yeni tərzdə səsləndiriləcək. Müasir ifanı və dəbli aranjirovkaları ən parlaq ulduzlar təqdim edəcək. Konsertdə Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMIN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları çıxış edəcəklər.

Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları gözlənilməz duetləri, məşhur hitlərin yeni oxunuşunu, maraqlı musiqi nömrələrini, parlaq ifaları görəcəklər. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMIN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.

Festivalın aparıcıları Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.

Babək Cahandarov

Paylaş:
1482

Son xəbərlər

Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblərBu gün, 11:11Bu gün görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasından 102 il ötürBu gün, 11:02Bakıda 16 yaşlı qız itkin düşübBu gün, 10:39Sabunçunun bəzi ərazilərində işıq olmayacaqBu gün, 10:27Cari ilin 10 ayında sosial müavinət və Prezident təqaüdü üzrə ödənişlərin məbləği açıqlanıbBu gün, 10:17
Bütün xəbərlər