Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti açıqlanıb

16:47 - 09 / 06 / 2017
Kərbəla, Nəcəf və Məşhəd ziyarətinin qiyməti açıqlanıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kərbəla, Nəcəf və Məşhədə təşkil etdiyi ziyarətlərin qiyməti məlum olub.

1news.az-ın QMİ-yə istinadən verdiyi xəbərə görə, səfərlərin ödənişi ABŞ dolları ilə həyata keçiriləcək. 

Avtobusla 10 günlük Bakı-Nəcəf-Məşhəd-Bakı səfərinin qiyməti 350-400, təyyarə ilə 10 günlük Samirə, Nəcəf və Kərbəla səfəri isə 1200-1300 ABŞ dolları arasında olacaq. 

İndiyədək müxtəlif qurumlar  vasitəsi ilə avtobusla həyata keçirilən Məşhəd səfərlərinin qiyməti 200-300 manat, Kərbəla səfərlərinin qiyməti isə 600-800 manat arasında olub.

Qeyd edək ki, QMİ Kərbəla, Nəcəf və Məşhəd şəhərlərində yerləşən müqəddəs yerlərə ziyarətlər təşkil edir. Ziyarətlər peşəkar dini bələdçilərin müşayiətində həyata keçirilir.

Babək Cahandarov

Paylaş:
3198

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər