Prosineçki Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətini açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Prosineçki Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətini açıqlanıb

20:27 - 09 / 06 / 2017
Prosineçki Şimali İrlandiya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətini açıqlanıb

DÇ-2018-in seçmə mərhələsinin VI turunda Şimali İrlandiya ilə qarşılaşacaq milli komandamızın oyun üçün start heyəti bəlli olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu oyundan əvvəl baş tutan mətbuat konfransında yığmamızın baş məşqçisi Robert Prosineçki açıqlayıb.

Xorvat çalışdırıcı britaniyalılarla qarşılaşmada ilk olaraq aşağıdakı oyunçulara güvənəcək.

Kamran Ağayev – Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Pavel Paşayev – Qara Qarayev, Riçard Almeyda, Cavid Hüseynov, Əfran İsmayılov, Dmitri Nazarov – Ramil Şeydayev

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı sabah saat 20:00-da start götürəcək.

S.Xankişiyeva

 

Paylaş:
1171

Son xəbərlər

Bütün xəbərlər