İranda icmalar arasında toqquşmalarda 22 nəfər həlak olub | 1news.az | Xəbərlər
Dünya

İranda icmalar arasında toqquşmalarda 22 nəfər həlak olub

20:10 - 10 / 06 / 2017
İranda icmalar arasında toqquşmalarda 22 nəfər həlak olub

İranın Xuzestan əyalətinin Ramxormoz bölgəsində iyunun 9-u icmalar arasında baş verən toqquşmalar zamanı azı 22 nəfər həlak olub.

1news.az bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Yerli icra hakimiyyətinin nümayəndəsi Hedayatolla Xademi bildirib: "Təəssüf ki, ötən gecə baş verən toqquşmada müasir ordu silahdan istifadə olunub və 22 nəfər həlak olub".

Onun sözlərinə görə, insidentin səbəbi icmalar arasında olan uzunsürən münaqişə olub.

1news.az

Paylaş:
848

Son xəbərlər

Bütün xəbərlər