İrandakı terror aktlarına görə daha 6 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Dünya

İrandakı terror aktlarına görə daha 6 nəfər saxlanılıb

12:48 - 11 / 06 / 2017
İrandakı terror aktlarına görə daha 6 nəfər saxlanılıb

İranın paytaxtı Tehranda törədilən iki terror aktı ilə əlaqədər daha 6 nəfər saxlanılıb.

1news.az "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin ədliyyə naziri Əliakbar Qarousi bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl İran parlamentinin binasına və Xomeyninin məqbərəsinə silahlı hücumlar olub.

Terror aktları nəticəsində 17 nəfər həlak olub, 52 nəfər yaralanıb.

1news.az 

 

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər