Estoniya XİN: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Estoniya XİN: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdu

15:45 - 12 / 06 / 2017
Estoniya XİN: Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdu

Azərbaycanın və Estoniyanın xüsusilə də təhsil və İT sahələrində münasibətlərin dərinləşdirilməsi üçün böyük potensialı var.

1news.az-ın mlumatına görə, bunu Bakıda səfərdə olan Estoniyanın xarici işlər naziri Sven Mikser azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

O qeyd edib: "Biz hesab edirik ki, əməkdaşlığın bu istiqamətlərdə genişləndirilməsi üçün çalışmalıyıq. Ümid edirəm ki, Azərbaycan və Avropa İttifaqı strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar. Bizim üçün sazişin kontenti çox mühümdür, bu, Bakı-Tallin münasibətlərinə də müsbət təsir edəcək".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəlincə, S.Mikser bildirib ki, münaqişənin hərbi yolla həlli yoxdur: "Sülh yolu ilə nizamlanma münaqişəyə cəlb olunmuş tərəflərin də maraqlarına xidmət edir".

1news.az

 

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər