AZAL-ın İstanbuldakı bilet satışı mərkəzi yeni ofisə köçüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

AZAL-ın İstanbuldakı bilet satışı mərkəzi yeni ofisə köçüb

16:15 - 12 / 06 / 2017
AZAL-ın İstanbuldakı bilet satışı mərkəzi yeni ofisə köçüb

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul şəhərindəki bilet satışı mərkəzi yeni ofisdə sərnişinlərin xidmətinə başlayıb.

Burada sərnişinlər Azərbaycanın turizm imkanları, tarixi və mədəniyyəti barədə ətraflı məlumat verən jurnallarla tanış ola bilirlər. Yeni ofis İstanbul şəhəri, Nişantaşı-Şişli, Valikonağı caddesi № 9/B ünvanda yerləşir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə İstanbul nümayəndəliyinin rəhbərliyindən məlumat verilib.

Yeni ofisin Yeniqapı-Hacıosman metro xəttinin Osmanbəy stansiyası yaxınlığında seçilməsində məqsəd sərnişinlər üçün daha rahat xidmət təşkil etməkdir. Bura şəhərin mərkəzi olduğundan həm ünvanın rahat tapılması, həm də ictimai şəhər nəqliyyatından istifadə etməklə insanların gəlməsi üçün uyğundur. Metrodan başqa, şəhərin bütün istiqamətlərindən avtobuslar və mikroavtobuslar bu bölgəyə hərəkət edirlər. Mərkəz həftənin 1-ci və 5-ci günləri Türkiyə vaxtı ilə saat 09:00-dan saat 18:00-dək, həftənin 6-cı günləri isə saat 09:00-dan saat 14:00 –dək fəaliyyət göstərir.

Sərnişinlər Nişantaşı bilet satış ofisi ilə [email protected] e-mail adresi, eləcə də 00902122963530 və 00902122963733 nömrəli telefonlar vasitəsilə əlaqə saxlaya bilərlər.

Bundan başqa, AZAL-ın Atatürk və Sabiha Gökçen Hava Limanlarındakı ofisləri hər gün fəaliyyətdədir.

AZAL-ın İstanbul nümayəndəliyinin rəhbərliyi sərnişinlərin nəzərinə çatdırır ki, Atatürk Hava Limanındakı ofis həftənin hər günü saat 09:00-dan saat 22:30-dək, fəaliyyət göstərir. Bu ofislə 00902124655646 nömrəli telefon və 00902124654516 nömrəli faksla əlaqə saxlamaq olar. Sabiha Gökçen Hava Limanındakı ofisin iş qrafiki isə belədir: həftənin hər günü saat 07:30-dan, 17:00-dək. Bu ofisin telefonu 00902165888740, faks nömrəsi isə belədir: 00902165888739.

S.Xankişiyeva

Paylaş:
936

Son xəbərlər

“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:53
Bütün xəbərlər