AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb | 1news.az | Xəbərlər
Siyasət

AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

09:29 - 12 / 06 / 2017
AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

Bu barədə 1news.az-a Avropa Şurasının Bakıdakı ofisindən məlumat verilib.

Üç gün davam edəcək səfər zamanı həmməruzəçilər Azərbaycan Prezidenti, parlamentin sədri, ədliyyə naziri, Baş prokuror, Ali Məhkəmən sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Azərbaycanın AŞPA -dakı nümayəndə heyətinin üzvləri ilə görüşəcəklər.

Həmməruzəçilərin vətəndaş cəmiyyətinin üzvləri, parlamentdə təmsil olunmayan partiyaların təmsilçiləri ilə də görüşləri nəzərdə tutulub.

Pərvanə Sultanova

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər