Moskva-İrəvan sərnişin avtobusu qəzaya uğrayıb | 1news.az | Xəbərlər
Dünya

Moskva-İrəvan sərnişin avtobusu qəzaya uğrayıb

13:11 - 13 / 06 / 2017
Moskva-İrəvan sərnişin avtobusu qəzaya uğrayıb

Moskva-İrəvan xətti üzrə hərəkət edən sərnişin avtobusunun qəzaya düşməsi nəticəsində üç nəfər xəsarət alıb.

1news.az TASS-a istinadla xəbər verir ki, hadisə bu gün səhər baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus çuxura düşüb.

Xəsarət alanlardan ikisi uşaqdır. Onlar xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

P.Sultanova

 

Paylaş:
675

Son xəbərlər

Bütün xəbərlər