Almaniya səfiri Abşeronda olub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya səfiri Abşeronda olub - FOTO

16:05 - 14 / 06 / 2017
Almaniya səfiri Abşeronda olub - FOTO

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bölgələrə müntəzəm səfər proqramı çərçivəsində Abşeron rayonunda olub.

1news.az-a səfirlikdən verilən məlumata görə, diplomat orada icra başçısı xanım İradə Gülməmmədova ilə görüşüb və Abşeronda siyasi, iqtisadi inkişaf məsələləri və qadınların Azərbaycan siyasətində rolu mövzularında fikir mübadiləsi aparıb.

Səfər çərçivəsində səfir Kindsqrab istehsal müəssisələri ilə tanış olub. “Milla” süd zavodunda ona Azərbaycan süd məhsullarının çıxarıldığı ənənəvi və yeni bazarlar haqqında məlumat verilib. Digər bir zavodda alman nümayəndə heyətinə müxtəlif emal və qablaşdırma proseslərini nümayiş etdirilib. Abşerona məxsus olan ən səciyyəvi xüsusiyyətlərindən biri orada çoxsaylı duz göllərinin olmasıdır.

 Səfir Kindsqrab səfərin sonunda bir neçə ildir ki mövcud olan Masazır duz zavodu ilə tanış olub.

Mixael Kindsqrab 2016-cı ilin avqust ayından Almaniya Federativ Respublikasının Bakıdakı səfiridir. Səfir Kindsqrab diplomatik fəaliyyəti çərçivəsində müntəzəm olaraq ölkənin bölgələrinə səfərlər həyata keçirir.

Pərvanə Sultanova

Paylaş:
790

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər