Gömrük Komitəsi Avropa İttifaqının dəstəyi ilə Gürcüstanla sərhəddə logistika mərkəzi tikəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gömrük Komitəsi Avropa İttifaqının dəstəyi ilə Gürcüstanla sərhəddə logistika mərkəzi tikəcək

12:52 - 14 / 06 / 2017
Gömrük Komitəsi Avropa İttifaqının dəstəyi ilə Gürcüstanla sərhəddə logistika mərkəzi tikəcək

Dövlət Gömrük Komitəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Gürcüstanla sərhəddə - "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

O bildirib ki, Aİ-nın dəstəyi ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində müəyyən dəyişikliklər olacaq. Gürcüstan tərəfdə sırf Aİ-nin dəstəyi ilə müxtəlif laboratoriyalar tikilərək fəaliyyət göstərəcək

A.Əliyev qeyd edib ki, Azərbaycan tərəfdə görüləcək işlər böyükhəcmli olduğu üçün kifayət qədər vəsait tələb olunur. Azərbaycan Aİ-nin maliyyə yardımı ilə "Sınıq Körpü" gömrük-keçid məntəqəsində logistika mərkəzi tikəcək. Bunun üçün müəyyən işlərin görülməsinə başlanılıb.

S.Xankişiyeva

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər