Zaxarova: Rusiya və Fransa XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edə bilərlər | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Rusiya və Fransa XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edə bilərlər

12:03 - 15 / 06 / 2017
Zaxarova: Rusiya və Fransa XİN rəhbərləri Qarabağ münaqişəsini müzakirə edə bilərlər

Moskva Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrovla Jan-İv Le Drianın iyunun 20-də görüşləri zamanı Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyini istisna etmir.

1news.az-ın  məlumatına görə, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: "Bir sıra beynəlxalq məsələlərin müzakirəsi zamanı bu məsələyə toxunulacağını istisna etmirik. Bu, təbiidir. Belə ki, fransalı həmkarlarımızla bir çox məsələlərdə daim dialoqdayıq, həmçinin bu məsələ ilə də bağlı".

Zaxarova qeyd edib: “Yaranmış vəziyyət irəli hərəkət və həll tələb edir, ona görə son vaxtlar müxtəlif formatlarda danışıqlar intensivləşib”.

1news.az

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər