“Pəncərə” klubunun növbəti tədbiri keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Pəncərə” klubunun növbəti tədbiri keçirilib - FOTO

13:37 - 28 / 06 / 2017
“Pəncərə” klubunun növbəti tədbiri keçirilib - FOTO

İyunun 24-də “Pəncərə” klubunun növbəti tədbiri baş tutub.

1news.az-a klubdan verilən məlumaqta görə,  “Pəncərədən gələn səs” adlı gecə caz musiqisinə həsr olunub.

Əməkdar artist Nəgiz Cəlilovanın aparıcılığı ilə keçən tədbirdə “Pəncərə” klubunun fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib. Sonra yazıçı-publisist Günel Anarqızı qonaqları salamlayaraq, “Pəncərə” klubunun fəaliyyətindən, coğrafiyasının genişləndiyindən söz açıb. Bildirib ki, “Pəncərə” klubunun sayca üçüncü tədbiri Litvada gerçəkləşib. Belə ki, yazıçının “Qarabağ hekayələri” litov dilində oxuculara təqdim olunub.

Tədbirdə gənc caz ifaçısı Fuad Əsədov, müğənni Samira Allahverdi və Fərid Ələkbərov eyni səhnəni bölüşüblər. Gecə əməkdar incəsənət xadimi Salman Qəmbərovun ifasıyla davam edib.  

1news.az

 

Paylaş:
2047

Son xəbərlər

Bütün xəbərlər