Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

19:12 - 28 / 06 / 2017
Nazirlik: Meşələrin qanunsuz kəsilməsi ilə bağlı kadrlar təhrif olunmuş videogörüntüdür

“Sosial şəbəkələrin birində İmişli rayonunun Qaraqaşlı kəndi ərazisində guya meşələrin meşə işçisi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı təhrif olunmuş videogörüntü yayılıb. Qeyd edək ki, həmin ərazi meşə fondu torpağı deyil, bələdiyyə ərazisidir. Video görüntüdəki şəxsin isə meşə sisteminə heç bir aiddiyyatı yoxdur, o fermerdir”.

Bu barədə 1news.az-a Ekollogiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.

“Belə ki, Qaraqaşlı kənd sakinləri Kövsər Əhmədov və Seyid Seyidov tərəfindən İmişlidə meşələrin qanunsuz kəsilməsi ilə bağlı şikayət hələ cari il aprelin 9-da nazirliyə daxil olub və dərhal yerində araşdırılıb. Araşdırma zamanı müəyyən edilib ki, birincisi, sözügedən ərazi meşə fondu deyil, İmişli rayon Qaraqaşlı bələdiyyəsinin mülkiyyətinə aiddir. İkincisi, kənd təsərrüfatı təyinatlı 75 hektarlıq bu torpaq sahəsi Qaraqaşlı bələdiyyəsinin 2005-ci il 21 fevral tarixli icarə müqaviləsi ilə əkinçilik məqsədləri üçün Qaraqaşlı kənd sakini Əfrayil Əsədova 30 il müddətinə icarəyə verilib və icarə müqaviləsi Əmlak Məsələləri Dövlət Komitəsinin çıxarış sənədi ilə rəsmiləşdirilib. Üçüncüsü, Əfrayil Əsədovun meşə sisteminə heç bir aidiyyəti yoxdur və o fermerdir”, - məlumatda bildirilib.

Nazirliyin açıqlamasında qeyd edilib ki, sözügedən ərazidə əvvəllər pambıq əkilib və uzun müddət istifadə edilmədiyinə görə sahəni yabanı yulğun kolları basıb: “Torpaq istifadəçisi kənd təsərrüfatı bitkiləri əkmək məqsədi ilə ərazini yulğun kollarından təmizləyib. Lakin kolların təmizlənməsinə dair icazə sənədi alınmadığına və yabanı yulğun kollarının qanunsuz təmizləndiyinə görə onun barəsində akt və protokol tərtib edilərək ümumilikdə 4 220 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Toplanmış sənədlər ədalətli və hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib”.

Nazirlik bildirir ki, bir neçə ay öncə nazirlik tərəfindən araşdırılaraq tədbir görülmüş köhnə məlumatın sosial şəbəkədə yeni məlumat kimi gündəmə gətirilməsi və reallığın təhrif olunmuş şəkildə ictimaiyyətə çatdırılması yalnız şantajla məşğul olan reket saytların maraqlarına xidmət edir: “Reallıqdan xəbərsiz olan sosial şəbəkə izləyiciləri isə bilmədən bu reketçilərin “tor"una düşür, ədalətsiz və haqsız fikirlərə, təhqirlərə yol verərək şantajçıların dəyirmanına su tökmüş olurlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, hər hansı ekoloji qanun pozuntusu ilə bağlı faktlarla rastlaşdıqları zaman nazirliyin 168 nömrəli “Qaynar xətt”inə və ya rəsmi "facebook" səhifəsinə məlumat versinlər. ETSN zəmanət verir ki, daxil olan şikayət dərhal vətəndaşın öz iştirakı ilə yerində araşdırılacaq”.

1news.az

Paylaş:
543

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər