Şəmkir və Sabirabad sakinlərindən 6 kq narkotik götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir və Sabirabad sakinlərindən 6 kq narkotik götürülüb

21:29 - 28 / 06 / 2017
Şəmkir və Sabirabad sakinlərindən 6 kq narkotik götürülüb

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə Qaratəpə kənd sakini Səbuhi Rüstəmova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 1 ədəd çətənə kolu, evindən isə 3 kiloqram 125 qram marixuana aşkar edilərək götürülüb.

Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şəmkir rayon sakini Muraz Rüstəmovdan 2 kiloqram 421 qram marixuana götürülüb. Onun Şəmkir rayonunun Dəllər Cırdaxan kəndindəki evinə baxış zamanı isə əlavə olaraq 550 qram marixuana aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
944

Son xəbərlər

Bütün xəbərlər