Qənirə Paşayeva: Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir | 1news.az | Xəbərlər
Siyasət

Qənirə Paşayeva: Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyir

17:43 - 29 / 06 / 2017
Qənirə Paşayeva: Ermənistan terroru dövlət  səviyyəsində dəstəkləyir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində iyunun 29–da “Terrorizmə qarşı Avropanın birgə mübarizəsi: uğurlar və uğursuzluqlar” mövzusu üzrə müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, azərbaycanlı deputat bildirib ki, Avropa Şurasının üzv ölkələrinin hamısında insanlar terror aktlarının artmasından son dərəcə narahatdırlar və artıq heç kim özünü təhlükəsiz hiss etmir.

Q.Paşayeva deyib: “Mən Ermənistan dövləti tərəfindən dəstəklənən çoxlu sayda terror aktlarından əziyyət çəkmiş bir ölkənin təmsilçisi olaraq bildirmək istəyirəm ki, Avropa, Avropa Şurası və AŞPA terrorizmə qarşı mübarizədə ikili standartlara yol verməməlidir, bundan əl çəkilməlidir. Harada, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq etnik və dini ayrı-seçkilik etmədən Avropa, Avropa Şurası və AŞPA terrora qarşı sərt mübarizə aparmalıdır. Biz getdikcə daha da artan terror hadisələri ilə, kimlər tərəfindən kimlərə qarşı törədilməsindən asılı olmayaraq terror törədənlərə, onu təşkil edənlərə, dəstəkləyənlərə qarşı birgə, ikili standartlara yol vermədən mübarizə apardığımız zaman bu problemin həllini taparıq. Bu məsələdə ikili standartlara yol verilməməlidir və Avropa ölkələri bundan imtina etməlidir”.

Deputat bildirib ki, Azərbaycanda bir neçə il əvvəl Ermənistan dövləti tərəfindən dəstəklənən terror aktları törədilib. Metrolar, avtobuslar, qatarlar terror aktlarının hədəfi olub. Çoxlu sayda insan həyatını itirib, yaralanıb və əlil olub. Amma bu terror aktlarını planlaşdıranlar, təşkil edənlər Ermənistan dövləti tərəfindən himayə edildi, qorundu və onlar hazırda orada gizlənirlər. Məsələn, bütün dünyada tanınan terrorçu, ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyan. Bu terrorçu Azərbaycan torpaqlarının işğalında fəal rol oynayıb, öz torpaqlarında azərbaycanlıların qətlə yetirilməsində onun birbaşa əli olub. Amma Ermənistan nə edib?! Ermənistan bu terror liderini “milli qəhrəman” elan edib və ona abidə ucaldıb.

Yüzlərlə insanımız, uşaqlarımız Ermənistan tərəfindən dəstəklənən terrorun qurbanı olub, amma təəssüf ki, bizim səsimiz, çağırışlarımız burada, Avropa ölkələrində duyulmayıb və terrorla mübarizədə sizdən yetərli dəstəyi ala bilməmişik. Biz Parisdə, Londonda, Belçikada və ya Avropanın hər hansı bir yerində terror aktı törədiləndə bu terror hadisələrini hər zaman lənətlədik, sizinlə birlikdə üzüldük, terrorla mübarizədə yanınızda olduğumuzu bəyan etdik. Bizə qarşı törədilən terror aktları ilə bağlı da eyni münasibətin Avropa ölkələri tərəfindən ortaya qoyulmasını gözləyirik və bu, bizim haqlı çağırışımız və tələbimizdir.

Q.Paşayeva qeyd edib ki, Avropa Azərbaycana qarşı göstərdiyi ikili standartları Türkiyəyə qarşı da göstərir. Bu gün Türkiyə terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Türkiyə terrorla bu mübarizəni, eyni zamanda, Avropa üçün, bütün insanlıq üçün edir. Türkiyə bu gün terrorla mübarizədə çoxlu şəhidlər verir. Bəs bir çox Avropa ölkələri nə edir?

 “Bəzi Avropa ölkələri nəinki terrorla mübarizədə Türkiyəyə dəstək vermir, hətta Türkiyənin mübarizə apardığı terror təşkilatlarına dəstək verənlərə dəstək göstərir. Bu, son dərəcə üzücü, qəbuledilməz vəziyyətdir və buna son qoyulmalıdır. Assambleyamızı və üzv ölkələri terrorla mübarizədə Türkiyəyə daha çox dəstək verməyə çağırırıq. Bu, terrorla mübarizədə çox vacibdir”, - deyə Q. Paşayeva əlavə edib.

S.Xankişiyeva

Paylaş:
839

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər