“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” kitabı nəşr olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” kitabı nəşr olunub

20:45 - 29 / 06 / 2017
“Azərbaycanda xristianlıq: keçmişdən bu günə” kitabı nəşr olunub

Xristianların Azərbaycandakı zəngin tarixi irslərini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural, tolerant ənənələri təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub.

Komitədən 1news.az-a verilən məlumata görə, dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin 2014-cü il 27 noyabr tarixli Sərəncamına əsasən nəşr edilən kitabın müəllifi Dövlət Komitəsinin dini təhsil sektorunun müdiri Anar Əlizadədir.

Tədqiqat əsərinin “Qədim Şərq kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.

Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda, Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin respublikamızda yaşayan xristianların dini həyatlarının işıqlandırılması və yeni tədqiqatların aparılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.

Babək Cahandarov

Paylaş:
769

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər