Şəki sakininin 8,6 ton taxılını oğurladılar

Şəki sakininin taxılını oğurlayan şəxslər saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, iyunun 28-də Şəki şəhər sakini Çərkəz Süleymanov ŞRPŞ-yə ərizə ilə müraciət edərək Qaratorpaq kəndi ərazisindəki ona məxsus 9 hektar torpaq sahəsindən taxıl məhsulunun naməlum şəxs tərəfindən biçilərək oğurlanmasını bildirib.
Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən kənd sakinləri Bəxtiyar Muxtarov və Rəşad Məmmədov tutulublar. Onlardan oğurladıqları 8 ton 600 kiloqram taxıl götürülüb.
Babək Cahandarov
697