İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

16:17 - 30 / 06 / 2017
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs saxlanılıb

Azərbaycan-İran sərhədində vətəndaşın üzərində narkotik vasitə aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində gömrük nəzarəti zamanı onun gödəkcəsinin cibinin astarından xalis çəkisi 0,181 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
750

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər