Dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb - YENİLƏNİB

20:26 - 30 / 06 / 2017
Dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb - YENİLƏNİB

Bu gün dənizdə batan 2 nəfərdən birinin meyiti tapılıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu gün Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər bir nəfərin axtarışı davam etdirilir. Əlavə məlumat veriləcək.

1news.az

16:51

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

1news.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlara başlayıblar.

Bakıda dənizdə batan şəxslərin qız və oğlan olduğu məlum olub.

Onların şəxsiyyəti hələlik məlum deyil.

Axtarışlar davam etdirilir.

Babək Cahandarov

Paylaş:
965

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər