Bakıda 2 ağacın qanunsuz kəsildiyi, 69 ağacın məhv edilmə təhlükəsinin olduğu aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 2 ağacın qanunsuz kəsildiyi, 69 ağacın məhv edilmə təhlükəsinin olduğu aşkarlanıb

17:35 - 30 / 06 / 2017
Bakıda 2 ağacın qanunsuz kəsildiyi, 69 ağacın məhv edilmə təhlükəsinin olduğu aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” inə Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında ağacların qanunsuz kəsilməsi bağlı bir qrup sakin tərəfindən şikayət daxil olub.

1news.az-ın məlumatına görə, şikayət ETSN-nin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb. 

Araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.09.2016-cı il tarixli 18/03-8/2924 nömrəli razılıq məktubuna və  Xətai Rayon İcra Hakimiyyətinin 26.01.2017-ci il tarixli 29 nömrəli sərəncamına əsasən Xətai rayonu  Qaçaq Nəbi küçəsi 9A ünvanında yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif  Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı,  2 ədəd ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaşköküstə 69 ədəd ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyən edilib.

Araşdırma ilə bağlı akt tərtib olunub, 2 ədəd ağacın kəsilməsinə görə torpaq istifadəçisinə 2700 manat ziyan tətbiq edilib. Ərazidə mövcud olan ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.

Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb.

Ərazi Nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Babək Cahandarov

Paylaş:
675

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər