Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub

14:15 - 01 / 07 / 2017
Ötən gün dənizdən batan ikinci şəxsin kimliyi məlum olub

Daxili İşlər Nazirliyi (DİN) ötən gün dənizdə boğulan şəxslər barədə məlumat yayıb.


1news.az-ın  nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da Bakı şəhər sakinləri Hüseyn Rəhimov və Səbinə Abıyeva Suraxanı rayonunun Hövsan qəsəbəsindəki dəniz çimərliyində boğulublar. H.Rəhimovun meyiti sudan çıxarılıb, S.Abıyevanın meyitinin tapılması istiqamətində tədbirlər görülür.


Qeyd edək ki, iyunun 30-da Fövqəladə Hallar Nazirliyi də hadisə barəsində məlumat yayıb. Məlumata görə, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batmış iki nəfərdən birinin, 1996-cı il təvəllüdlü Rəhimov Hüseyn Fərhad oğlunun meyiti saat 18:04-də batdığı yerdən 100-150 metr aralıdan KGN və SXDX-nın dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
755

Son xəbərlər

Bütün xəbərlər