Məlahət İbrahimqızı qardaşının həbsi barədə xəbəri təkzib edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məlahət İbrahimqızı qardaşının həbsi barədə xəbəri təkzib edib

12:34 - 01 / 07 / 2017
Məlahət İbrahimqızı qardaşının həbsi barədə xəbəri təkzib edib

Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.

1news.az Apa-ya istinadla xəbər verir ki, M. İbrahimqızı  bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur".

Qeyd edək ki, "Musavat.com" xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov "Sadaxlı" Gömrük Postunun rəisidir.

1news.az

Paylaş:
802

Son xəbərlər

Bütün xəbərlər