Dənizdə batan şəxs xilas edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdə batan şəxs xilas edilib

20:10 - 02 / 07 / 2017
Dənizdə batan şəxs xilas edilib

Bakıda dənizdə batan şəxs xilas edilib.

1news.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

 Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 17:25-də başa çatıb.

1news.az

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər