Piyada keçidlərində xəbərdaredici yeniliklər - FOTO

Bu gün Bakı Nəqliyyat Agentliyi (BNA) piyada keçidləri ilə bağlı yeniliklərin icrasına başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, Bakının bir sıra piyada keçidlərində piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılıb.
Yazıralara əsasən piyadalar yol keçərkən sağa və ya sola baxmaları tövsiyə olunur. Bu, əsasən piyadaların diqqətli olmalarına, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısını almağa yönəlib.
Agentlikdən qeyd olunub ki, ilk olaraq “Sovetski” layihəsi çərçivəsində salınan yollarda tətbiq edilən bu yeniliyi gələcəkdə bütün Bakı yollarında görmək mümkün olacaq.
S.Xankişiyeva
714