Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib

15:24 - 03 / 07 / 2017
Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu etiraf edib

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda ifadə verən A.Lapşin

A.Lapşin ittiham aktına münasibət bildirərək günahsız olduğunu bir daha bəyan edib:

“Özümü günahkar saymıram. Hesab edirəm ki, Dağlıq Qarabağa səfərlərim turistik xarakterli olub. Buna görə də səfərlərimi şəxsi bloqumda işıqlandırırdım. Həm də səfərlərim zamanı Qarabağda heç bir rəsmi şəxslə görüşməmişəm”.

Lapşin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən xəbərdar olduğunu da etiraf edib.

Sonra şahidlər ifadə veriblər. 

Şahid Eyyub Əbdüləzimov Şuşadan məcburi köçkün olduğunu, A. Lapşini məqalələrinə görə mətbuatdan tanıdığını deyib: "Mənim Şuşada mülklərim var. Bu torpaqlar ata-baba yurdumdur. Lapşin isə Qarabağa gedərək, mənim doğma yurdumu müstəqil erməni dövləti kimi təqdim edib. Halbuki bu ərazilər Azərbaycanın torpaqlarıdır. Ermənilər Şuşada mənim mülkümü işğal edib. Heç kimin Azərbaycanın sərhədlərini pozmağa ixtiyarı yoxdur. Buna görə məhkəmədən Lapşinə lazımi cəza verilməsini istəyirəm".

Şahid Fəxrəddin Səfərov da işğala qədər Şuşada yaşadığını və orada geniş mülk sahibi olduğunu deyib. O bildirib ki, A. Lapşin bütün azərbaycanlıların heysiyyətinə toxunub: "Mənim babamın babası da Şuşada doğulub. Bu yerlər əzəli Azərbaycan torpağıdır. Mətbuatdan bilirdim ki, Lapşin Azərbaycanın əleyhinə danışır. Mən Qarabağda döyüşmüşəm. Orada ermənilər 6 yaşında qıza təcavüz ediblər. Lapşin isə işğalçıları, təcavüzkarları müdafiə edərək, bizim haqqımızı pozur. Buna görə əməlini etiraf etməlidir".

Sonra elan olunub ki, növbəti iclasda Lapşinin anasının şahid qismində çıxışı nəzərdə tutulub.

Lapşinin işi üzrə növbəti iclas isə iyulun 6-na təyin olunub.

Qeyd edək ki, Rusiya, İsrail və Ukrayna vətəndaşlığı olan bloger Aleksandr Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub. O, Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edib.

Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib. A. Lapşin Belarusda saxlanılıb. Belarus baş prokurorunun müavini Azərbaycan tərəfinin ekstradisiya tələbini haqlı sayıb.

A. Lapşinin vəkili bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət edib. Lakin Minsk şəhər Məhkəməsi Baş Prokurorluğun qərarını əsaslı sayıb. Bu qərardan isə Ali Məhkəməyə şikayət verilib. Ali məhkəmə şikayəti təmin etməyib.

Babək Cahandarov

Paylaş:
736

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər