Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var

16:10 - 03 / 07 / 2017
Hesablama Palatası: Özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olması ehtimalı var

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanun layihəsində dövlət büdcəsinin kəsirinin özəlləşdirmədən daxilolmalar, xarici qrantlar və digər mənbələr hesabına (daxili və xarici borclanma, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) maliyyələşdirilməsi nəzərdə tutulub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə özəlləşdirmədən daxilolmalar üzrə proqnoz göstəricinin yerinə yetirilməsi ehtimalının aşağı olduğunu qeyd edilib.

Belə ki, palata 2017-ci ilin 5 ayı üzrə bu mənbə üzrə daxilolmaların cari ilin 200,0 milyon manat məbləğində müvafiq büdcə tapşırığına nisbətən 50,0 milyon manat təşkil etməsi göstərilib. Bu isə, yanvar-may aylarında illik proqnozun cəmi 25,0 faizinə bərabərdir.

Ümumiyyətlə, Hesablama Palatasının 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı təqdim etdiyi rəydə də özəlləşdirmədən daxilolmaların icra səviyyəsinin aşağı olduğu vurğulanıb. Rəydə 2016-cı il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi özəlləşdirmədən daxilolmalar üzrə 100000,0 min manat məbləğində nəzərdə tutulduğu, ilin sonuna isə bu mənbədən dövlət büdcəsinə 68768,4 min manat və ya 3,2 dəfə az olmaqla 31231,6 min manat məbləğində vəsaitin daxil olduğu göstərilib.

S.Xankişiyeva

Paylaş:
521

Son xəbərlər

Bütün xəbərlər