Ana üç uşağını atdı, başqa kişiyə qoşulub qaçdı - FOTO

Azərbaycanda Xəyalə Kərimova adlı qadın 3 uşağını ataraq başqa kişiyə qoşulub qaçıb.
1news.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru Vasif Akifli "Facebook" səhifəsində yazıb.
Hadisə iyulun 1-də baş verib. Ana qaçdıqdan sonra nənələri uşaqlara baxmaqdan imtina edib. Uşaqlar Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdiriliblər.
Uşaqlar tapılan zaman isə onların əllərində olan çantada çörək və sənədlərlə yanaşı analarının birgə qaçdığı kişinin fotosu da olub.
Ağsu rayon Polis şöbəsindən verilən məlumata görə, uşaqların atası (rəsmi boşanıblar) 29 sentyabr 2015-ci ildən uşaqlara görə ayrılmış aylıq alimenti ödəmədiyinə görə 05.04.2017 ci ildən borclu kimi axtarışdadır.