“Əli və Nino” filmi ABŞ Dövlət Departamentində izləyiciləri heyran edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Əli və Nino” filmi ABŞ Dövlət Departamentində izləyiciləri heyran edib - FOTO

09:35 - 03 / 07 / 2017
“Əli və Nino” filmi ABŞ Dövlət Departamentində izləyiciləri heyran edib - FOTO

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal Auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

1news.az-a Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, tədbirdə çoxsaylı ABŞ Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, Birinci Dünya müharibəsi ərəfəsi və müharibə dövründə Azərbaycanda və eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının Prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş olunması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın ABŞ-dakı Səfirliyinə minnətdarlığını bildirib. O, Oskar mükafatçısı Asif Kapadianın rejisoru olduğu “Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mandi Patinkin, Adam Bakri, Maria Valverde və Halit Ergencin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov çıxış edərək “Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O “Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb.

E.Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyin həm Azərbaycan, həm də Gürcüstan xalqı üçün qürur mənbəyi olduğunu bildirərək ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyyə edib. Səfir, adıçəkilən roman əsasında çəkilmiş “Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. E.Suleymanov həmçinin əsərin ərsəyə gəlməsində əməyi keçmiş filmin yaradıcı heyətinə, eləcə də, icraçı prodüser Leyla Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində ilk dəfə olaraq nümayiş etdirilən “Əli və Nino” filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və onlara dərin emosional təsir bağışlayıb.

S.Xankişiyeva

Paylaş:
931

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər