BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni diversanta baş çəkiblər | 1news.az | Xəbərlər
Cəmiyyət

BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni diversanta baş çəkiblər

11:36 - 03 / 07 / 2017
BQXK nümayəndələri Azərbaycanda saxlanılan erməni diversanta baş çəkiblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakıdakı nümayəndələri iyulun 1-də bir müddət əvvəl Azərbaycanının səlahiyyətli orqanları tərəfindən saxlanılan Ermənistan vətəndaşına baş çəkib.

1news.az APA-ya istinadla xəbər verir ki,  BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  başçəkmənin BQXK-nin standart proseduralarına uyğun həyata keçirildiyini deyib.  

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyunun 20-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib.

Təxribat qrupunun bir üzvü, 1974-cü il təvəllüdlü Zaver Hovanis Karapetyan ələ keçirilib.

1news.az

 

 

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər