İyulun 5-də imtahan keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

İyulun 5-də imtahan keçiriləcək

12:30 - 03 / 07 / 2017
İyulun 5-də imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

1news.az-a DİM-dən verilən xəbərə görə, imtahan Bakıda iki, Naxçıvanda bir binada olmaqla saat 11.00-da başlanacaq və iki saat otuz dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, imtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Qeyd edək ki, cari ildə rezidenturaya ərizə təqdim etmiş namizədlərdən 655 nəfəri imtahanın birinci mərhələsinin (9 aprel 2017-ci il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın ikinci mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, bir nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.

S.Xankişiyeva

Paylaş:
716

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər