Dənizdən və kanaldan batmış kişilərin cəsədləri çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dənizdən və kanaldan batmış kişilərin cəsədləri çıxarılıb

13:54 - 04 / 07 / 2017
Dənizdən və kanaldan batmış kişilərin cəsədləri çıxarılıb

Xəzər dənizindən və Samur-Abşeron kanalından kişi cəsədləri tapılıb.

1news.az-ın verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1971-ci il təvəllüdlü Rövşən Arif oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

Bundan başqa 30.06.2017-ci il tarixində Samur-Abşeron kanalının, Quba rayonu, Paşaoba kəndindən keçən hissəsində batmış 2004-cü il təvəllüdlü Həmid Fizuli oğlu Əhmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Babək Cahandarov

Paylaş:
604

Son xəbərlər

Bütün xəbərlər