İyulun 5-nə olan hava proqnozu açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İyulun 5-nə olan hava proqnozu açıqlanıb

14:18 - 04 / 07 / 2017
İyulun 5-nə olan hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının 5-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 21-25, gündüz 34-39, Bakıda gecə  22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 755 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz  təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda  24-25, Türkan, Hövsan, Sahil, Şıxda  26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 5-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 17-22, gündüz  28-33 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə, iyulun 5-i günün ikinci yarısından iyulun 8-dək Abşeron yarımadasında güclü xəzri küləyi bəzi meteohəssas insanlarda  narahatlıq yaratsa da, ötən günlərlə müqayisədə havanın temperaturunun tədricən aşağı enməsi müsbət amildir.

Babək Cahandarov

Paylaş:
1263

Son xəbərlər

Bütün xəbərlər