Güzəştli mənzillər 18 aya hazır olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Güzəştli mənzillər 18 aya hazır olacaq

15:00 - 04 / 07 / 2017
Güzəştli mənzillər 18 aya hazır olacaq

Ölkə başçısının 06.12.2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş bir sıra strateji hədəflər arasında dövlət tərəfindən maliyyələşmənin minimuma endirilməsi və özəl tikinti-investisiya şirkətlərinin əməkdaşlığa cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.

1news.az-a MİDA-dan verilən xəbərə görə, Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi Strateji Yol Xəritəsi ilə bu istiqamətdə müəyyən olunmuş tədbirləri həyata keçirməyə başlayıb. Belə ki, Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisi çərçivəsində özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib.

Bildirilib ki, Agentliyin tabeliyində olan “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 3 yaşayış binasının (iki ədəd 12 mərtəbəli 1 bloklu və bir ədəd 9 mərtəbəli 2 bloklu) tikintisi üzrə, habelə ərazidə rabitə, televiziya və internet xətlərinin çəkilməsi və bu sahədə sakinlərə xidmətlərin göstərilməsi üzrə cari ilin iyun ayında elan olunmuş investisiya müsabiqələrinin iştirakçılarının təkliflərinin qiymətləndirilməsi prosesi başa çatdırılıb.

Təqdim olunmuş investisiya təkliflərinin dəyərləndirilməsi nəticəsində Yasamal Yaşayış Kompleksi ərazisində 3 ədəd çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə birinci investisiya müsabiqəsinin qalibi “KAT Holding” MMC (www.katholding.az) elan olunub. Qalib şirkət investisiya qoyuluşu müqabilində “MİDA” MMC-nin sifarişi ilə hazırlanıb və müvafiq qaydada dövlət ekspertizasından keçirilmiş layihə-smeta sənədlərinə uyğun olaraq tikintini aparmaq, Yasamal Yaşayış Kompleksinin ərazisində təşkil olunan mühəndis-kommunikasiya sistemindən və müvafiq infrastrukturdan yararlanmaq imkanını əldə edib.

Müsabiqə şərtlərinə əsasən, investor tərəfindən inşa olunacaq 12 mərtəbəli 60 mənzillik bir bina Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək, həmin binanın yaşayış sahələri “Güzəştli mənzil” elektron sistemi vasitəsilə satışa çıxarılaraq güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərə təklif olunacaq. Digər iki binanın mənzilləri onları bazar qiymətləri ilə almaqda maraqlı olan şəxslərə investor tərəfindən satılacaq. Sözügedən 3 binanın tikintisinin 18 ay ərzində başa çatdırılması, investisiya qoyuluşunun ümumi həcminin isə 10 milyon manatdan artıq təşkil edəcəyi nəzərdə tutulur.

Yasamal Yaşayış Kompleksi ərazisində telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə keçirilmiş ikinci investisiya müsabiqəsinin iştirakçılarının təqdim etdiyi təkliflərin dəyərləndirilməsi nəticəsində “ENGİNET” MMC (www.enginet.az) müsabiqənin qalibi seçilib. Bu şirkət tərəfindən rabitə xətlərinin Yasamal Yaşayış Kompleksinədək çəkilməsi və yaşayış massivinin ərazisində müvafiq kommunikasiya infrastrukturunun yaradılmasına 1 milyon manat həcmində investisiya qoyuluşunun edilməsi gözlənilir.

Strateji Yol Xəritəsinə əsasən dövlət-özəl tərəfdaşlığı uyğun qiymətə mənzil bazarının fəaliyyətinə əlverişli şərait yaradacaq önəmli mexanizmlərdən biridir. Özəl sektor iştirakçıları ilə tərəfdaşlıq münasibətlərinin formalaşdırılması istiqamətində atılmış bu addım sayəsində MİDA davamlı maliyyə sabitliyini təmin edəcək modelin qurulmasına və eyni zamanda investisiya mühitinin möhkəmləndirilməsinə və sahibkarlığın inkişafına hədəflənən dövlət siyasətinin həyata keçirilməsinə töhfə verəcək.

Mövzu ilə əlaqədar oxuyun:

Güzəştli mənzil əldə etmək üçün tələb olunan sənədlərin siyahısı açıqlanıb

Prezident MİDA-nın ilk binasının təməlini qoyub

S.Xankişiyeva

Paylaş:
741

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər