Kreml Putinlə Tramtın görüşəcəyi vaxtı açıqlayıb | 1news.az | Xəbərlər
Dünya

Kreml Putinlə Tramtın görüşəcəyi vaxtı açıqlayıb

16:08 - 04 / 07 / 2017
Kreml Putinlə Tramtın görüşəcəyi vaxtı açıqlayıb

Rusiya və Amerika Birləşmiş Ştatlarının prezidentləri Vladimir Putin və Donald Tramp iyulun 7-də Hamburqda görüşəcəklər. Bu barədə Rusiya administrasiyasından prezident köməkçisi Yuriy Uşakov məlumat verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Hamburqda “Böyük iyirmilik” (G20) sammitində iştirak edəcək hər iki ölkənin dövlət başçılarının görüşündə mövcud siyasi və hərbi qarşıdurmalarla bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, “Böyük iyirmilik” sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
915

Son xəbərlər

Bütün xəbərlər