Azərbaycanın palçıq vulkanlarında yeni minerallar və daş kömür aşkarlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın palçıq vulkanlarında yeni minerallar və daş kömür aşkarlanıb - FOTO

17:20 - 04 / 07 / 2017
Azərbaycanın palçıq vulkanlarında yeni minerallar və daş kömür aşkarlanıb  - FOTO

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

1news.az-a AMEA Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Fransa və Ukrayna alimləri Azərbaycanın palçıq vulkanlarını öyrənir, tədqiqatların nəticələri üzərində dissertasiya işləri müdafiə edirlər.

“Azov-Qara dəniz və Qafqaz regionlarının palçıq vulkanlarının müqayisəli tədqiqi” istiqaməti üzrə araşdırmalar GGİ-nin Palçıq vulkanizmi şöbəsi ilə Ukrayna Milli Elmlər Akademiyasının Dəniz Geologiyası və Çökmə Filizəmələgəlməsi Bölməsinin (DGÇFB) əməkdaşları tərəfindən həyata keçirilir. Məqsəd müxtəlif regionlarda intişar tapmış palçıq vulkanlarının spesifik-genetik xüsusiyyətlərini, geoloji-geokimyəvi faəliyyətlərini müqayisəli təhlil etmək olub. Tədqiqatların yekununda Azərbaycanın palçıq vulkanlarının araşdırlmasında iki yeni istiqamət müəyyənləşdirilib.

Onlar palçıq vulkanı brekçiyasında aksessor və fəsil minirellaşmanın araşdırılması ilə əlaqədardır. İlkin tədqiatlar nəticəsində Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, dəmir, mis, və titan, həmçinin sulfidlər, oksidlər, silikatlar, karbonatlar, fosfatlar, sulfatlar və digər komponentlərlə yanaşı, bir sıra yeni minerallar, daş kömür aşkar edilib.

“Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” şirkətinin aparıcı mütəxəssisi Patris İmbert, Tuluza Universitetinin professoru Fransis Odonne, Po Universitetinin magistri Teymur Figarov, həmçinin Lil Universitetinin doktorantı Matieu Dupuis və magistri Dofal Antoni Qobustanın cənub-qərbində yerləşən Ayazaxtarma palçıq vulkanınn geoloji və struktur quruluşunu öyrəniblər.

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyevin rəhbərliyi ilə aparılan araşdırmalar 2016-cı ilin mayında GGİ ilə “Total E&P Azerbaijan B.V/Total E&P Absheron B.V” arasında imzalanmış müqavilə çərçivəsində həyata keçirilib. Tədqiqatları davam etdirmək üçün 2017-ci ilin mayında tərəflər əməkdaşlığa dair yeni müqavilə imzalayıblar. A.Əliyevin rəhbərliyi ilə Şamaxı-Qobustan, Abşeron və Şirvanın cənub-şərqində bir neçə palçıq vulkanında geoloji, geokimyəvi və geofizki tədqiqatlar aparılıb.

S.Xankişiyeva

Paylaş:
797

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər