DİM 9 şəhər və rayonda növbəti imtahanlar keçirəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM 9 şəhər və rayonda növbəti imtahanlar keçirəcək

17:24 - 04 / 07 / 2017
DİM 9 şəhər və rayonda növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 5-də növbəti imtahanlar keçirəcək.

1news.az-ın DİM-ə istinadən verdiyi xəbərə görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 52 imtahan mərkəzində təşkil olunacaq və ümumilikdə 26709 nəfərin iştirak edəcəyi gözlənilir.

Bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 17928 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4886 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 914 nəfər IX sinif , 2981 nəfər isə XI sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunması üçün 188 imtahan rəhbəri, 2182 nəzarətçi-müəllim ayrılıb.

Bu imtahanlarda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 30-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə (abituriyentlərə) imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Şagirdlər (abituriyentlər) imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər. 

Qeyd olunub ki, göstərilən sənədlərindən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan şəxslər imtahan binasına buraxılmayacaqlar.

Babək Cahandarov

Paylaş:
472

Son xəbərlər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 23:42COP29-un ilk günündən FOTOREPORTAJ11 / 11 / 2024, 23:23Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub11 / 11 / 2024, 20:33Estoniyada fəaliyyət göstərən Azərbaycan Həftəsonu məktəbində Zəfər və Bayraq günlərinə həsr olunmuş tədbir keçirilib11 / 11 / 2024, 18:58Prezident Serbiyanın dövlət başçısı ilə görüşüb11 / 11 / 2024, 18:08Prezident slovakiyalı həmkarı ilə görüşüb11 / 11 / 2024, 17:48İlham Əliyev Belarus Prezidenti ilə görüşüb11 / 11 / 2024, 17:41Murat Kurum: “Türkiyə, Azərbaycanın ev sahibliyi etdiyi COP29-a böyük heyətlə qatılıb”11 / 11 / 2024, 17:28Prezident Belçikanın Baş naziri ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:14Dövlət Başçısı Finlandiya Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 17:01İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb11 / 11 / 2024, 16:46Konqo Demokratik Respublikasının Baş naziri Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:39Konqo Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 16:25İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb - YENİLƏNİB11 / 11 / 2024, 16:19İranın vitse-prezidenti Azərbaycanda səfərdədir11 / 11 / 2024, 16:17İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb11 / 11 / 2024, 16:10Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 15:58Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib11 / 11 / 2024, 15:32Bu gün Xalq artisti İslam Rzayevin anadan olmasından 90 il ötür11 / 11 / 2024, 15:05Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib11 / 11 / 2024, 14:46
Bütün xəbərlər