Evindən getmək istəməyən qonağı öldürdü YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Evindən getmək istəməyən qonağı öldürdü YENİLƏNİB

11:19 - 04 / 07 / 2017
Evindən getmək istəməyən qonağı öldürdü YENİLƏNİB

Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

1news.az Lent.az-a istinadla xəbər verir ki, İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürərkən hər iki şəxs sərxoş vəziyyətdə olub.

Bildirilir ki, hadisənin baş verdiyi mənzil Malik Həsənova məxsusdur. Dünən tanışı Zakir Səlimov onun evinə qonaq gəlib. Qeyri-stabil həyat tərzi sürən və içkiyə meylli olan dostlar burada yeyib-içiblər. Daha sonra M.Həsənov 66 yaşlı Zakirdən evi tərk etməsini tələb edib. Tək qalmaq istədiyini və istirahət edəcəyini deyən M.Həsənov qonağın getmək istəmədiyini görüncə onunla mübahisə edib. Mübahisə daha sonra münaqişəyə çevrilib və 45 yaşlı Malik taxta parçası ilə qonağın başına 3-4 ağır zərbə endirib. Z.Səlimov hadisə yerindəcə keçinib.

Cinayəti törədən M.Həsənov daha sonra könüllü olaraq polis bölməsinə gedərək törətdiyi əməli etiraf edərək təslim olub.

 Araşdırmalar davam etdirilir.

1news.az

9:56

Bakıda qətl hadisəsi baş verib.

1news.az APA-ya istinadla xəbər verir ki, bu barədə Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.

İmran Qasımov küçəsi ev 7, mənzil 5 ünvanında 1972-ci il təvəllüdlü Həsənov Malik Urman oğlu münaqişə zəminində 1951-ci il təvəllüdlü Səlimov Zakir Hüseyn oğlunu döyərək öldürüb.

Polis əməkdaşları tərəfindən M. Həsənov saxlanılıb və barəsində cinayət işi başlanılıb. Faktla bağlı araşdırma aparılır. 

1news.az

Paylaş:
873

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər