Xızı sakinindən marixuana və 116 ədəd çətənə kolu götürülüb

Çətənə kolu yetişdirməklə məşğul olan şəxs polis əməkdaşların tərəfindən saxlanılıb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.
Məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən Sitalçay kənd sakini, əvvəllər məhkum olunmuş Şahlar Salayevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 116 ədəd çətənə kolu və 60,28 qram marixuana aşkar edilərək götürülüb.
1news.az
775